Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş cüdo yarışı keçirilib
Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş U-15 və U-18 yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF) və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa şəhər və rayonlardan ümumilikdə 70-dən çox idmançı qatılıb.
Yarışın açılış mərasimində Ümumilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə heyata keçirilən dövlət idman siyasətinin bəhrələrindən bəhs edib, son dövrlər yüksək dinamika ilə inkişaf edən cüdonun muxtar respublikada da populyar idman növləri sırasında olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan cüdoçuların son bir ildə ölkə və beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər bu sahədə atılan addımların məntiqli nəticəsidir.
Açılış mərasiminin ardınca yarışa start verilib. Qız və oğlan idmançılar arasında iki yaş kateqoriyası və müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.
Mükafatlandırma mərasimində ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb
Məcid Seyidov Naxçıvan şəhərində bədii gimnastların məşq prosesini izləyib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













