Azərbaycan Tacikistanda Yüksək Səviyyəli Beynəlxalq Konfransda iştirak edib
Azərbaycan mayın 25-28-də Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş "Davamlı İnkişaf üçün Su" Beynəlxalq Fəaliyyət Onilliyi (2018–2028) çərçivəsində lV Yüksək Səviyyəli Beynəlxalq Konfransda iştirak edib.
"Far.Az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, konfransın əsas məqsədləri BMT-nin Su Fəaliyyəti Gündəliyində əks olunan könüllü öhdəliklərin icrasını sürətləndirmək, yeni tərəfdaşlıqlar formalaşdırmaq, su ilə bağlı çağırışlara innovativ həllər təşviq etmək, həmçinin "Su Fəaliyyət Onilliyi" çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığı gücləndirmək olub.
Tədbirdə su ehtiyatlarının dayanıqlı idarə olunması, su təhlükəsizliyi, iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma, kənd təsərrüfatında suyun səmərəli istifadəsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri geniş müzakirə olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədr müavini İlham Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda Azərbaycan nümayəndə heyəti kənd təsərrüfatı sektorunda su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər və gələcək planlar barədə məlumat verib. Bildirilib ki, ölkədə suvarma infrastrukturunun yenilənməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və ekoloji cəhətdən dayanıqlı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Konfrans "Gələcək üçün su", "İnsanlar üçün su" və "Cəmiyyət üçün su" mövzularında keçirilən panel sessiyalar və müzakirələrlə davam edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













