"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb
Far.Az xəbər saytı

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb


"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya Praqa" komandasını qəbul edən Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Matçda ilk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Bu qələbə "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi olmaqla yanaşı, Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində qazandığı ilk qələbə kimi də tarixə düşüb.

Xatırladaq ki, "Sabah" ilk matçında İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə məğlub olub. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti oyununu oktyabrın 20-də Almaniyanın "Borussiya Dortmund" klubu ilə keçirəcək.

***22:33

"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

88-ci dəqiqədə Coy-Lens Mikels adını tabloya yazdırıb.

***21:54

"Sabah" və "Slaviya Praqa" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.

BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesabı açıb.

49-cu dəqiqədə Kahim Parris fərqlənib.

***20:45

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Sabah" və Çexiyanın "Slaviya Praqa" komandaları arasında oyun başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

***19:40

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" " və "Slaviya" (Çexiya) komandalarının start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

"Slaviya": Yakub Markoviç, David Zima, Anj Nqessan, Tomaş Holeş (k), Daniel Ştrum, Mixal Sadilek, David Mozes, Tomaş Vlçek, Emmanuel Ayaosi, Lukaş Provod, Tomaş Horıy.

Qeyd edək ki, "Sabah" - "Slaviya" matçı bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər