BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilib
Far.Az xəbər saytı

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilib


Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti modernləşdirilmədən sonra tam istismara verilib.

Far.Az "Report"a istinadən xəbər verir ki, xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub.

Rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq dəmir yolunun yeni mərhələdə istifadəyə verildiyini elan ediblər.

***14:15

Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilir.

Far.Az "Report"a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edir.

Tədbir proqramına əsasən, qonaqların qarşılanmasından sonra rəsmi açılış mərasimi başlayacaq. Mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxış edəcəklər.

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilib

Çıxışlardan sonra BTQ-nin simvolik istifadəyə verilməsi mərasimi keçiriləcək və layihəyə həsr olunmuş videoçarx nümayiş etdiriləcək.

BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Mütəxəssislərin fikrincə, xəttin tam istismara verilməsi Orta Dəhlizin imkanlarını genişləndirəcək, Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həcmini artıracaq və regionun tranzit potensialını daha da gücləndirəcək.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər