Toy süfrəsindən məzara: Binəqədidəki qanlı hadisənin DETALLARI
Far.Az xəbər saytı

Toy süfrəsindən məzara: Binəqədidəki qanlı hadisənin DETALLARI


Paytaxtın Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun 28 May qəsəbəsində qeydə alınıb.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, məlumata görə, 30 yaşlı Taleh Qurbanov toy axşamı 37 yaşlı qaynı Qəlbinur Məmmədovla mübahisə edib. Mübahisə zamanı yeznə qaynına bıçaqla xəsarət yetirib. Qəlbinur Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

"Toy burada olacaqdı. Aralarında məişət problemi olub. Axşam oturub çörək yeyiblər, mehriban olublar. Gecə isə hadisə baş verib. Bunlar, sadəcə, yeznə-qayın olmayıblar, qardaş, dost kimi idilər. Evləri eyni həyətdədir, aralarında hətta hasar da yoxdur", - qohumlardan biri bildirib.

"Toy yasa dönüb. İçkili olmasaydılar, bu hadisə baş verməzdi", - başqa bir qohum qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - YENİLƏNİB - 1
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "Moyka" biznesi ölümlə bitdi
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər