Elşad Quliyev: Minifutbol üzrə Avropa çempionatının finalında daha yaxşı oyun sərgiləmək istəyirik
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalında daha yaxşı oyun sərgiləmək istəyir.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin Serbiya ilə oyunundan sonra fikirlərini bölüşüb:
"Bütün oyunçularımı, xalqımı təbrik edirəm. Çempion olmaq istəyirik. Serbiya Avropanın ən güclü kollektivlərindən biridir. Həqiqətən, çətin matç alındı. Rəqib bizdən üstün oynaya bilər, amma nəticəni biz qazandıq. Finalda daha yaxşı oyun sərgiləmək istəyirik".
O, 1/4 finalda Çexiya ilə görüşdə çox güc itirdiklərini söyləyib:
"Sabaha hazırlaşmalıyıq. Bundan daha yaxşı oyun sərgiləmək niyyətindəyik. Bir qol nəticəni həll edə bilir. Serbiya və biz ehtiyatlı oynayırdıq. Müdafiəni də düşünmək lazım idi. Bizim millimiz müdafiə futbolu oynamır".
Xatırladaq ki, Azərbaycan millisi yarımfinal mərhələsində Serbiya seçməsini penaltilər seriyasında üstələyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













