Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib - YENİLƏNİB


Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb.

"Report" xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Bu gün Azərbaycandan Ermənistana növbəti tədarük baş tutacaq.

"Report" xəbər verir ki, bu ölkəyə 42 vaqon dizel yanacağı ixrac olunacaq.

Qatar saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Oxşar xəbərlər

Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər