Özbəkistanda AES-in inşasına başlanılıb
Özbəkistan və Rusiya prezidentləri Şavkat Mirziyoyevlə Vladimir Putin videobağlantı vasitəsilə Cizakda Atom Elektrik Stansiyasının (AES) birgə inşasının başlaması mərasimində iştirak ediblər.
"Report" xəbər verir ki, bu barədə "Sputnik-Uzbekistan" videoyayıma istinadən məlumat yayıb.
Qeyd edək ki, Ş.Mirziyoyev Rusiyaya səfəri zamanı Strelnadakı Konstantin Sarayında V.Putinlə görüşündə Özbəkistanda atom elektrik stansiyasının inşasının başlanmasını tarixi gün adlandırıb.
"Bu gün tarixi gündür. Tarixdə bir ilk", - o, tərəflərin bu layihənin həyata keçirməsi üçün uzun yolu keçdiyini xatırladaraq bildirib. "Nəhayət, düzgün qərara gəldik: bu, bizim üçün vacibdir, çünki iqtisadiyyat artır", - dövlət başçısı vurğulayıb.
Ş.Mirziyoyev qeyd edib ki, Özbəkistan dünyada uran istehsalına görə beşinci, ehtiyatlarına görə isə onuncu yerdədir. "Düşünürəm ki, bu nəticə hər iki tərəf üçün çox qarşılıqlı faydalı olacaq", - o vurğulayıb.
V.Putin öz növbəsində bildirib ki, Rusiya layihəsi ilə Özbəkistanda tikilən ilk atom elektrik stansiyası təkcə respublika üçün deyil, bütün region üçün enerji təhlükəsizliyini təmin edəcək.
"Rosatom" ölkədə hər biri 1 000 MVt gücündə iki böyük "3+" nəsil reaktoru və 55 MVt gücündə iki kiçik enerji bloku inşa edəcək. Özbəkistan Prezidenti tərəfindən seçilən bu unikal dizaynın dünyada analoqu yoxdur və AES-i mümkün qədər güclü və səmərəli edəcək", - Rusiya lideri vurğulayıb.
Qeyd olunur ki, AES işə düşdükdən sonra ildə təxminən 17 milyard kVt/saat enerji istehsal edəcək və Özbəkistanın enerji tələbatının 15 %-ə qədərini təmin edəcək ki, bu da enerji təhlükəsizliyinin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













