Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Far.Az xəbər saytı

Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub


Ermənistanın Şirak vilayətinin icmasının keçmiş rəhbəri Vardan Qukasyan və bir qrup şəxs ölkədə çevriliş hazırlayırdılar.

"Far.Az" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

"Şirak vilayətinin icma rəhbəri Vardan Qukasyan digər şəxslərlə birgə 2025-ci il ərzində Ermənistanda müxtəlif şəxslərlə görüşlər və tərəfdarların cəlb edilməsi vasitəsilə hakimiyyətin qəsb edilməsinə yönəlmiş hazırlıq hərəkətlərini ehtimal ki, həyata keçirib. Lakin şəraitlə əlaqədar olaraq, onların planı baş tutmayıb", - komitədən bildirilib.

Qeyd olunub ki, bu məruzə ilə əlaqədar Dövlətə qarşı cinayətlərin istintaqı üzrə Baş İdarə Ermənistan Cinayət Məcəlləsinin 43-419-cu maddəsinin 1-ci hissəsi (hakimiyyətin qəsb edilməsinə hazırlıq) ilə cinayət işi qaldırıb. Cinayət icraatı çərçivəsində bu prosesə aidiyyəti olan bütün şəxslərin müəyyən edilməsi üzrə tədbirlər görülür.

Xatırladaq ki, ötən ilin payızından Qukasyan istintaq altındadır.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər