Giorgi Tumasyan: Ermənistandakı seçkilərə Rusiyadan müdaxilə cəhdləri müşahidə olunur
Far.Az xəbər saytı

Giorgi Tumasyan: Ermənistandakı seçkilərə Rusiyadan müdaxilə cəhdləri müşahidə olunur


Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiyadan müəyyən təsir cəhdləri müşahidə olunur.

Bu barədə Gürcüstan Erməni İctimai Platformasının sədri Giorgi Tumasyan "Report"un Gürcüstan bürosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, son aylar ərzində Rusiyadakı erməni icması vasitəsilə həm Rusiya, həm də Ermənistan vətəndaşlığına malik şəxslərin Ermənistana gələrək səsvermədə iştirak etməsinə yönəlmiş təşəbbüsləri müşahidə olunub. "Son aylar ərzində Rusiyadakı erməni icması tərəfindən, onların arxasında isə Kreml hakimiyyətinin dayandığı iddia olunan fəal cəhdlərin şahidi olmuşuq. Məqsəd həm Rusiya, həm də Ermənistan vətəndaşlığına malik şəxsləri Ermənistana gələrək səs verməyə təşviq etmək olub", - o qeyd edib.

G.Tumasyan bildirib ki, bu prosesin izləri həm sərhəd keçidlərində, həm də statistik göstəricilərdə müşahidə olunur. "Eyni zamanda Gürcüstanda, xüsusilə Samtsxe-Cavaxetiya bölgəsində də Ermənistan vətəndaşlığı olan, ikili vətəndaşlığa malik şəxslərin seçkilərə səfərbər edilməsi istiqamətində müəyyən cəhdlər müşahidə olunub", - o vurğulayıb.

Onun sözlərinə görə, xarici təzyiqlər əsasən Rusiyadan qaynaqlanır.

"Söhbət ilk növbədə Rusiyadan gedir. Oradan Ermənistana qarşı faktiki olaraq iqtisadi sanksiyalar və embarqo xarakterli addımların atıldığını müşahidə edirik", - G.Tumasyan bildirib.

O bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursu ilə yanaşı, regionda sülh prosesinin taleyi baxımından da mühüm əhəmiyyət daşıyır: "Mən hesab edirəm ki, Ermənistan xalqı baş nazir Nikol Paşinyanın həyata keçirdiyi kursun davam etdirilməsinə üstünlük verəcək. Məqsəd sülh prosesini yekunlaşdırmaq, kommunikasiyaların açılmasını təmin etmək və qonşularla mehriban münasibətlər qurmaqdır".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər