FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib
Far.Az xəbər saytı

FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib


Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı şəhərinin Səbail rayonunda yerləşən Şıx çimərliyində "Su hövzələrində dalğıc-axtarış və xilasetmə işinin aparılması" mövzusunda taktiki-xüsusi təlim keçirib.

Bu barədə BAKU.WS-ə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in müvafiq strukturlarının əməkdaşlarının iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi olub.

Təlim zamanı "Şıx" Sularda Xilasetmə Məntəqəsindən 800 metr sağa dənizdə gəzinti qayığının "qəzaya uğraması" nəticəsində 3 nəfərin "təhlükəli vəziyyətdə qalması" və 1 nəfərin suya düşərək "batması" barədə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Növbətçi hissəsinə daxil olmuş məlumat əsasında Xidmətin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilərin çevik müdaxiləsi sayəsində qayığın "qəzaya uğraması" nəticəsində "batma təhlükəsində olan" vətəndaşlar xilas edilib, "suda batmış" 1 nəfərin "cəsədi" tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər