Elçin Qasımov: Slovakiya və Azərbaycan iqtisadiyyat sahəsində böyük sənədlər paketi imzalayacaq
Far.Az xəbər saytı

Elçin Qasımov: Slovakiya və Azərbaycan iqtisadiyyat sahəsində böyük sənədlər paketi imzalayacaq


Slovakiya Prezidenti Peter Pelleqrininin Bakıya səfəri çərçivəsində Azərbaycan və Slovakiya iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər paketi imzalamağı planlaşdırır.

Far.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.

"Hazırda Slovakiya Prezidentinin rəsmi səfəri çərçivəsində də bir sıra layihələr nəzərdən keçirilir. Buna görə də məhz iqtisadi əməkdaşlıq üçün bir çox sənədlər imzalamağı planlaşdırırıq", - səfir qeyd edib.

Azərbaycan qazının tədarükü üzrə 10 illik müqaviləyə dair danışıqlar məsələsinə münasibət bildirən səfir qeyd edib ki, hazırda danışıqlar Slovakiyanın dövlət qaz şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında ekspertlər səviyyəsində aparılır.

O həmçinin qeyd edib ki, birgə iri layihələrdən biri Slovakiya şirkətlərinin iştirakı ilə Qarabağda kəndin salınmasıdır:

"Əlbəttə ki, müdafiə sənayesi sahəsində əməkdaşlığımız da genişlənir".

Xatırladaq ki, Slovakiya Prezidenti Peter Pelleqrini iyulda Azərbaycana səfər etməyi planlaşdırır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər