Mariyana Kuyundziç: Aİ Azərbaycanla Tərəfdaşlıq Prioritetlərinin 2026-cı ilin sonunadək təsdiqlənəcəyinə ümid edir
Far.Az xəbər saytı

Mariyana Kuyundziç: Aİ Azərbaycanla Tərəfdaşlıq Prioritetlərinin 2026-cı ilin sonunadək təsdiqlənəcəyinə ümid edir


Avropa İttifaqı (Aİ) Azərbaycanla "Tərəfdaşlıq Prioritetləri"nin mətninin ilin sonunadək təsdiqlənəcəyinə ümid edir.

Far.Az xəbər verir ki, bu barədə report-a Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Aİ "Tərəfdaşlıq Prioritetləri"nin mətninin razılaşdırılmasını ilkin olaraq başa çatdırıb və yeni ikitərəfli saziş üzrə danışıqları rəsmən bərpa ediblər:

"Sənəd Brüsselə göndəriləcək, bundan sonra onun təsdiqlənməsi ilə bağlı uzunmüddətli prosedur həyata keçiriləcək, lakin biz bu prosesi cari ilin sonunadək başa çatdırmağa ümid edirik".

M.Kuyundziç həmçinin deyib ki, tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqlar artıq başlayıb:

"Söhbət razılaşdırılması vaxt tələb edən, kifayət qədər böyük həcmə malik çərçivə sənədindən gedir. İstənilən çərçivə sazişində olduğu kimi, bu da normal danışıqlar prosesidir".

Oxşar xəbərlər

Mariyana Kuyundziç: Aİ Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqdir
Mariyana Kuyundziç: Aİ Azərbaycanla Tərəfdaşlıq Prioritetlərinin il sonunadək təsdiqlənəcəyinə ümid edir - EKSKLÜZİV
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər