Tanışlarını görüşə çağırıb döyən və marketdən oğurluq edənlər tutuldular - ANBAAN GÖRÜNTÜLƏR
Far.Az xəbər saytı

Tanışlarını görüşə çağırıb döyən və marketdən oğurluq edənlər tutuldular - ANBAAN GÖRÜNTÜLƏR


Bakının Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar.

Far.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar.

Belə ki, iki nəfər tanışları olan bir şəxslə görüşərək mübahisə ediblər. Daha sonra fiziki zor tətbiqi ilə gəncin 4 700 manat dəyərində olan mobil telefonunu ələ keçiriblər. Quldurluq əməlini törətməkdə şübhəli bilinən Əli Mürsəlov və Tunar Hacınskiy saxlanılıblar.

Bundan başqa, rayon ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Toğrul Əliyev də polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər