Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı
Far.Az xəbər saytı

Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı


Regional Təhsil İdarəsi sosial mediada sagirdin döyülməsi ilə bağlı yayılan iddialara aydınliq gətirib.

Far.Az trend-ə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindəndən sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatlar yayıldığı və məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib:

"İlkin araşdırma zamanı müəllim tərəfindən "Təhsilverənlərin etik davranış qaydaları"nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür", - məlumatda qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Saray qəsəbəsi 1 saylı tam orta məktəbin idman müəlliminin 5-ci sinif şagirdini döyməsi barədə iddialar yayılmışdı.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər