Rəşad Eyubov: "Üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir"
Azərbaycanın U-21 millisinin üzərində işləməli olduğu məqamlar kifayət qədərdir.
"Far.Az" AFFA-ya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Eyubov Bəhreyn yığması ilə yoldaşlıq matçından (3:0) sonra deyib.
Mütəxəssis Türkiyənin İsparta şəhərində baş tutan qarşılaşma barədə danışarkən bəzi məqamlara toxunub:
"Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir. Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir".
Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışında olan U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan seçməsinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













