"Beşiktaş"ın qapıçısı zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq
Far.Az xəbər saytı

"Beşiktaş"ın qapıçısı zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq


Türkiyənin "Beşiktaş" kollektivinin qapıçısı Mert Günok zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin qolkiperi ötən gün Superliqanın IX turunda "Konyaspor"a qarşı keçirilən matçda sol çiynindən zədə alıb.

O, oktyabrın 24-də UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Lyon"a (Fransa) qarşı və 4 gün sonra Superliqada "Qalatasaray"la matçı buraxmalı olacaq.

Qeyd edək ki, M.Günok cari mövsüm "Beşiktaş"ın heyətində 12 görüşdə meydana çıxıb və qapısında 13 qol görüb. 5 qarşılaşmada isə çərçivəni toxunulmaz saxlayıb.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
UEFA Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununda ikinci qol vurulub - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər