EBRD-in Müdirlər Şurasının sessiyasında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasından danışılıb
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Latviyanın Riqa şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Müdirlər Şurasının plenar sessiyasında iştirak edib.
Bu barədə "Report"a Azərbaycanın İqtisadiyyat Nazirliyindən bildirilib.
Sessiyada EBRD-in 2025-ci il üzrə illik icmalı, 2026-2030-cu illər üçün strateji və kapital çərçivəsi, 2023-cü il kapital artımı üzrə öhdəliklərin icrasına dair hesabat, strategiyanın icra planı, eləcə də Bankın institusional fəaliyyəti və maliyyə hesabatları müzakirə olunub.
Tədbirdə EBRD-in gələcək fəaliyyət prioritetləri, dayanıqlı iqtisadi artımın təşviqi, yaşıl və rəqəmsal transformasiya, özəl sektorun inkişafı, iqtisadi dayanıqlılığın gücləndirilməsi, insan kapitalına investisiyalar və regional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
E.Əliyev plenar sessiyada "Münaqişələrin təsirinə məruz qalan iqtisadiyyatların dəstəklənməsində AYİB-in rolu" mövzusunda keçirilən dəyirmi masada çıxış edib. Münaqişələrin iqtisadiyyata, investisiyalara və regional əlaqələrə təsiri vurğulanıb, bərpa prosesinin yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmadığı, həmçinin iqtisadi fəallığın canlandırılması, özəl sektorun dəstəklənməsi və uzunmüddətli dayanıqlılığın təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və reinteqrasiya prosesi, infrastrukturun inkişafı, məşğulluğun artırılması, kiçik və orta biznesin təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət nəzərə çatdırılıb. AYİB-in özəl investisiyaların cəlbi, idarəetmənin təkmilləşdirilməsi, enerji təhlükəsizliyi və bağlantı layihələrinin dəstəklənməsi vasitəsilə münaqişələrdən təsirlənən iqtisadiyyatların inkişafına mühüm töhfə verə biləcəyi bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı













