Azərbaycanda bəzi şəxslərə mənzil paylanıldı
Far.Az xəbər saytı

Azərbaycanda bəzi şəxslərə mənzil paylanıldı


Yevlax şəhərində yerləşən MİDA Yaşayış Kompleksində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib.

BAKU.WS xəbər verir ki, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yevlax şəhər icra hakimiyyətinin başçısı iştirak ediblər.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.

Bu gün təqdim edilən mənzillər də daxil olmaqla postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid şəxslərə 7 350-dən, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil verilib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri ilə yanaşı, onların digər istiqamətlərdə də sosial dəstək tədbirləri ilə əhatə olunduqları diqqətə çatdırılıb.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər