Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşüb
Far.Az xəbər saytı

Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşüb


Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının üzvləri Bakıda azarkeşlərlə görüş keçirib.

"Far.Az" xəbər verir ki, futbolçular Qənimətlər Parkının qarşısında azarkeşlərlə bir araya gəlib. Tədbirdə xeyli azarkeş iştirak edib, Avropa çempionları böyük coşqu və alqışlarla qarşılanıb.

Milli komandanın üzvləri azarkeşlərlə ünsiyyət qurub, onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdən sonra komanda üçün ayrılmış xüsusi avtobusla şəhər turu təşkil olunub. Marşrut boyunca paytaxt sakinləri və şəhər qonaqları milli komandanı salamlayaraq çempionluq münasibətilə təbriklərini çatdırıblar.

Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər