Ucarda yol qəzasında ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Ucarda yol qəzasında ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB


Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir, hadisə zamanı ağır xəsarət alan 2007-ci il təvəllüdlü Qüddəsərova Səma Vüqar qızı isə əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına daha sonra isə vəziyyəti ağır olduğundan onu Göyçay rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

00:03

Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan KAMAZ markalı yük maşınına çırpılıb. Zərbənin təsirində avtomobildən yanğın baş verib. Hadisə yerinə FHN-nin Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər