Hindistanla Yaponiya təhlükəsizlik və kosmik sahədə əlaqələri gücləndirir
Hindistan və Yaponiya kosmos, kiberməkan, müdafiə və təhlükəsizlik kimi sahələrdə ikitərəfli tərəfdaşlıqlarını gücləndirmək niyyətindədirlər.
“Far.Az” xəbər verir ki, bu barədə xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirak etdiyi “iki üstəgəl iki” dialoq formatında Hind-Yaponiya görüşünün yekunları üzrə birgə bəyanatda bildirilib.
Hindistan Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş deyilir: “Nazirlər kosmos və kiberməkan sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Onlar Hind-Sakit okean regionunda çoxtərəfli müdafiə əməkdaşlığının və mübadilələrin vacibliyini bir daha təsdiq ediblər. Nazirlər “Dharma Guardian”, “JIMEX” və “Malabar” da daxil olmaqla ikitərəfli və çoxtərəfli təlimləri davam etdirmək öhdəliyini ifadə ediblər.
Onlar Hind-Sakit Okean regionunda açıqlıq, şəffaflıq, inklüzivlik, qaydalara əsaslanan prinsiplər və beynəlxalq hüquqa hörməti dəstəklədiklərini bildiriblər. Nazirlər müasir prioritetləri əks etdirmək və qarşılaşdıqları müasir təhlükəsizlik çağırışlarına cavab vermək üçün Hindistan və Yaponiya arasında Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2008-ci il Birgə Bəyannaməsini nəzərdən keçirmək və yeniləmək niyyətindədirlər”.
Oxşar xəbərlər
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Putinin Bakıya səfəri: Nə Qərb, nə Rusiya - Azərbaycan üçün əsas öz maraqlarıdır - TƏHLİL
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













