Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bir müddət əvvəl "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayılmışdı. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başlamışdı.
BAKU.WS xəbər verir ki, AEM-dən "Unikal"a bildirilib ki, cari ilin may ayında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 1/9 ünvanda yerləşən "SEYMUR-M" MMC-yə məxsus "General Hospital" adlı özəl tibb müəssisəsində plandankənar (növbədənkənar) yoxlama keçirilib:
"Xidməti yoxlama zamanı aşkar edilən inzibati xəta faktı rəsmiləşdirilərək (lisenziya olmadan cari praktik özəl tibb fəaliyyəti ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib) növbəti icraata göndərilib", - deyə cavabda qeyd olunub.
Əlavə edək ki, İXM-in sözügedən maddəsinə əsasən, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilirlər.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













