Zərdabda barama tədarükünə başlanılıb
Far.Az xəbər saytı

Zərdabda barama tədarükünə başlanılıb


Bu gündən etibarən, Zərdab rayonunda barama tədarükünə başlanılıb.

"Far.Az"un Yuxarı Şirvan bürosunun məlumatına görə, iyunun 9-da 30-a yaxın kümçü 1 kiloqramı 11 manatdan hesablanmaqla təqribən 1,5 ton baramanı tədarük məntəqəsinə təhvil verib.

Qeyd olunub ki, rayon kümçülərinə 1 kq barama üçün ödənilən 11 manatın 5 manatı tədarükçü, 6 manatı isə dövlət tərəfindən subsidiya şəklində təqdim olunur.

Bildirilib ki, cari ildə rayona 650 qutu barama qurdu gətirilib və 253 kümçü arasında bölüşdürülüb. Zərdabda 2025-ci ildə 32 ton təşkil edən barama istehsalının bu il daha da artacağı proqnozlaşdırılır.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib
Gilas bağlarına subsidiya: Fermerlər bu təşviq mexanizmindən nə qədər yararlana bilir? - ARAŞDIRMA
Azərbaycan gömrükçüləri “yardıma ehtiyacı olan şəxs”i saxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər