Azərbaycanda Süni İntellekt Akademiyası çərçivəsində 3 000 nəfərlik icma yaradılacaq
Azərbaycanda yaradılacaq Süni İntellekt Akademiyasında 3 000 nəfərlik süni intellekt cəmiyyətinin formalaşdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin baş məhsul sahibi İbrahim Süleymanov Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumunun açılış mərasimində deyib.
Onun fikrincə, beynəlxalq təhlillər süni intellektin qlobal bazara əhəmiyyətli dərəcədə təsir göstərəcəyini ortaya qoyur:
"Milyonlarla insan iş proseslərini dəyişəcək. Bu reallıq bir daha aydın şəkildə göstərir ki, gələcəyin uğuru bilik bazarı və dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti ilə müəyyən olunacaq. Müasir dövrdə süni intellekt üzrə mütəxəssislərə ehtiyac sürətlə böyüyür. Bu isə onu göstərir ki, həmin istiqamətdə bilik əldə etmək hər bir gənc üçün geniş peşəkar perspektivlər yaradır".
İ.Süleymanov bildirib ki, Azərbaycanda süni intellekt sahəsində ardıcıl və sistemli fəaliyyətlər həyata keçirilir:
"Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda süni intellekt üzrə bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə geniş əhatəli pulsuz tədris platformasının yaradılması və istifadəçi sayının 10 min nəfərə çatdırılması hədəflənir. Bu təşəbbüs minlərlə gəncin müasir biliklərə çıxış imkanlarını artırmaq baxımından mühüm rol oynayacaq. Bununla yanaşı, ölkədə Süni İntellekt Akademiyasının qurulması, ən azı iki nüfuzlu xarici ali təhsil müəssisəsi ilə əməkdaşlığın təmin edilməsi, 500 mühəndisin yetişdirilməsi və 3 000 nəfərlik süni intellekt cəmiyyətinin yaradılması nəzərdə tutulub. Bu hədəflər Azərbaycanın gələcək rəqəmsal inkişafında insan kapitalının gücləndirilməsinə yönəlib".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
-
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
-
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü













