Eks-məmur kommunal xərcləri ödəmədi - Dava düşdü
Far.Az xəbər saytı

Eks-məmur kommunal xərcləri ödəmədi - Dava düşdü


15 il Naxçıvan Muxtar Respublikasının baş nazirinin müavini işləmiş Təranə Quliyeva qaldığı binada qalmaqal yaşanıb.

Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, siyasətçi yaşadığı mənzilin kommunal xərclərini ödəmək istəmədiyi üçün komendantla dalaşıb.

Həmin binanın komendantı da xanım olub. O, T.Quliyevadan kommunal xərcləri ödəməsini istəyərkən keçmiş məmur onunla dava edib, yüksək səslə davam edən mübahisənin əlbəyaxaya keçməsinin qarşısı alınıb.

Komendantın şikayətindən sonra T.Quliyeva aidiyyəti üzə polis idarəsinə çağırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Baş nazirin eks-müavini sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, 51 yaşlı siyasətçi 2000-2015-ci illərdə Naxçıvan MR-nın baş nazirinin müavini işləyib. O, görkəmli musiqiçi, Naxçıvanın əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər