Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfərə gedib
Far.Az xəbər saytı

Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfərə gedib


Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında iştirak etmək məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb.

"Report" AMB-yə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti paytaxt Vaşinqtonda Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə iştirak edəcək, eləcə də Dünya Bankı və IMF-in rəhbər şəxsləri ilə görüşlər keçirəcək.

İllik Toplantılar dövlət və özəl sektoru təmsil edən rəhbər şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələrini bir araya gətirir. Keçirilən görüşlərdə qlobal əməkdaşlıq münasibətləri gündəliyində ən mühüm məsələlər və iqtisadi çağırışlar müzakirə olunur.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər