Peres: "Mourinyo kimi madridlinin geri dönməsindən qürur duyuruq"
Far.Az xəbər saytı

Peres: "Mourinyo kimi madridlinin geri dönməsindən qürur duyuruq"


"Real"da prezident seçkisində qalib gələn Florentino Peres Alvaro Arbeloa ilə yolları ayırıb və baş məşqçi kimi Joze Mourinyonun gətirildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Real"ı müdafiə etmək üçün buradayam. "Real"ın çempionluqlar qazanmağa davam etməsi üçün çalışacağıq. Dünyanın ən yaxşı stadionu olan "Santyaqo Bernabeu" ilə qürur duymağa davam edəcəyik. Dünyanın ən yaxşı oyunçularına sahib olmaqdan, dünyanın ən yaxşı baş məşqçilərindən biri olan Joze Mourinyo kimi bir madridlinin geri dönməsindən qürur duyuruq", - o bildirib.

Peresin sözlərinə görə, o, prezident olduğu müddətdə "Real"ın uğurları üçün çalışacaq.

Xatırladaq ki, Madrid "Real"ının portuqaliyalı Joze Mourinyonu baş məşqçi postuna təyin edəcəyi ilə bağlı xəbər mayın 16-da Portuqaliyanın "Сorreio da Manh" qəzetində yayılıb.

Oxşar xəbərlər

Peres: Mourinyo kimi madridlinin geri dönməsindən qürur duyuruq
"Real" Alvaro Arbeloa ilə də yollarını ayıra bilər
KİV: Alvaro Arbeloa "Real Madrid"də Xabi Alonsonu əvəz edəcək əsas namizəddir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər