Narkotikin təsiri altında olan sürücü və sərnişin saxlanıldılar
Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin sürücüsü Əjdər Şıxməmmədov Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Far.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
"Bununla yanaşı, avtomobildə gedən sərnişinlərdən birindən narkotik vasitələr aşkar edilib. Hər iki şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir, bu, eləcə də digər qanunsuz hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Qəbələdə meşə fondu torpağında qanunsuz tikinti aşkarlanıb, qanunamüvafiq tədbirlər görülüb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvardan keçən hissəsi qəzalı vəziyyətə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













