Bakıda "Hyundai" markalı avtomobil yandı
Far.Az xəbər saytı

Bakıda "Hyundai" markalı avtomobil yandı


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Far.Az-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Hyundai" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yaxınlıqda yerləşən ağaclar yanğından mühafizə olunub.

Oxşar xəbərlər

FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Lisey rəisi: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər