Bakıda imtahana gedən tələbə universitetin bir neçə addımlığında qazılan xəndəyə düşüb
Far.Az xəbər saytı

Bakıda imtahana gedən tələbə universitetin bir neçə addımlığında qazılan xəndəyə düşüb


Bakıda universitet tələbəsi yolda qazılmış quyuya düşərək xəsarət alıb.

Far.Az real tv-yə istinadən xəbər verir ki, Əsgər Cabbarov imtahana gedərkən 9 metr dərinlikdəki quyuya yıxılıb. O, hadisə nəticəsində ağır xəsarət alıb.

Tələbənin anası Gülsarə Cabbarovanın sözlərinə görə, oğlunu tələbə yoldaşları huşsuz vəziyyətdə tapıb. Bundan sonra oğlu əməliyyat olunub. Hazırda da vəziyyəti ağırdır.

Problem isə həmin yerdə təhlükəsizliyə məsul olan "Caspian Construction" şirkətinin Ə.Cabbarovla maraqlanmamasıdır.

Zərərçəkmiş tərəfin vəkili bildirib ki, bu hadisə ilə bağlı sözügedən şirkətin əməkdaşı Ceyhun Bəbirzadə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq gedir.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər