Aqrar Xidmətlər Agentliyi istixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirlərini davam etdirir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkənin fitosanitar təhlükəsizliyinin təmin olunması, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və kənd təsərrüfatı məhsullarının qorunması məqsədilə məhsul saxlanma məntəqələrində və karantin nəzarətində olan müxtəlif materiallarda fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir.
"Report"un Şimal bürosunun məlumatına görə, "Fitosanitar nəzarəti haqqında" qanuna uyğun olaraq karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələr əsasında Agentlik tərəfindən həyata keçirilir.
Bu işlər Agentliyin xüsusi təlimatlandırılmış və müvafiq səlahiyyət verilmiş peşəkar fumiqasiya dəstələri tərəfindən icra olunur.
Cari ilin əvvəlindən bu günədək fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 192 951,172 ton dənli və paxlalı bitki məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr, həmçinin tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar zərərsizləşdirilib.
Eyni zamanda, 84 490,542 m³ həcmində meşə materiallarında, o cümlədən taxta altlıqlar (paletlər) və digər taxta qablaşdırma materiallarında fumiqasiya tədbirləri aparılıb.
Məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi məqsədilə 138 507,326 m³ həcmində saxlanma yerləri və anbar sahələri zərərsizləşdirilib.
Tədbirlər çərçivəsində karantin nəzarətində olan məhsul və materiallarda aşkar edilən zərərli orqanizmlərə qarşı maye, bərk və qaz formalı pestisidlərdən istifadə olunmaqla zərərsizləşdirmə işləri həyata keçirilir.
Fumiqasiya tədbirləri məhsulların keyfiyyətinin qorunmasına, məhsul itkilərinin minimuma endirilməsinə və bitki sağlamlığının təmin olunmasına xidmət edir.
Qeyd edilib ki, fumiqasiya prosesinin bütün mərhələlərində təhlükəsizlik qaydalarına ciddi riayət olunur. Tədbirlərin həyata keçirilməsi zamanı insan və heyvan sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı tələblər nəzərə alınır, tətbiq olunan preparatların təhlükəsiz istifadəsinə xüsusi diqqət yetirilir.
Bununla yanaşı, fermerlərə və sahibkarlara fumiqasiya tədbirlərinin əhəmiyyəti, tətbiq olunan prosedurlar və təhlükəsizlik qaydaları barədə müvafiq məlumatlar verilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













