Ağdaşdakı fermer təsərrüfatı 10 milyon manat investisiya yatırmağı planlaşdırır
Azərbaycanda fermerlərin fəaliyyətinin genişləndirilməsi, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aparılan davamlı dövlət dəstəyi aqrar sektorunun inkişafına böyük imkanlar yaradır.
"Far.Az"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında həmin rayonda fəaliyyət göstərən "Türyançay" fermer təsərrüfatının direktoru Firdovsi Mahmudov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan diqqət və qayğı, fermerlərə verilən dəstək, subsidiyalar, güzəştli kreditlər bu kimi investisiyaların qoyulmasına təşviq edilməsi fermerlərdə böyük inam formalaşdırır: "Bugünkü müşavirə çox məhsuldar keçdi, hədəflərimiz böyükdür. Bu hədəflərdə, məsələn, heyvandarlıq sahəsində biz Almaniyadan əlavə 1 500 baş cins heyvan gətirməyi planlaşdırırıq. Bu da artıq bizim süd istehsalımızın illik iki dəfə artırılaraq 22 min tona çatmasına hədəf göstərir".
Sahibkar qeyd edib ki, eləcə də, müasir suvarma sistemləri olan pivot suvarma sistemlərinin 1 000 hektarda qurulmasını nəzərdə tutulur: "Təqribən 25 pivot 1000 hektarda, bu da məhsuldarlığın artmasına, taxıl, ərzaqlıq buğdanın məhsuldarlığının 55-60 sentnerə çatmasına hədəf göstərir. Özəl sektor olaraq, heyvandarlıq sahəsində 6 milyon manat, min hektar sahədə quracağımız pivot suvarma sistemlərinə 4 milyon manat, ümumilikdə 10 milyon manat investisiya qoymağı planlaşdırırıq".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb













