Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş simfonik konsert proqramı təşkil olunub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, konsert Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin təqdimatında baş tutub.
Tədbiri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, deputatlar, universitetin professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri izləyiblər.
Konsertdən əvvəl 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxış edərək Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş verən ictimai-siyasi proseslərə, həmin dövrün dövlətçilik baxımından xarakterik xüsusiyyətlərinə və 15 iyun hadisələrinin tarixi kontekstinə nəzər salıb.
Çıxışda 1990-cı illərin əvvəllərində mövcud olan siyasi və ictimai şərait, dövlət institutlarının formalaşması prosesi, habelə ölkənin sonrakı inkişaf mərhələlərinə təsir göstərən əsas amillər barədə tarixi-maarifləndirici məlumat verilib. Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixindəki yeri və bu tarixlə bağlı formalaşmış elmi-tarixi yanaşmalar diqqətə çatdırılıb.
Konsert proqramında tanınmış bəstəkarlar Cahangir Cahangirov, Ramiz Mirişli, Polad Bülbüloğlu və Riçard Ştrausun əsərləri və orkestrin repertuarında yer alan bir sıra musiqilər səsləndirilib. Proqram çərçivəsində solistlər, Əməkdar artistlər və prezident mükafatçıları çıxış edərək tamaşaçılara musiqi axşamı bəxş ediblər.
Konsertin bədii rəhbəri Azərbaycanın Əməkdar artisti, dosent Mübariz Əsgərov, drijorları isə Naxçıvan Dövlət Universitetinin müəllimi, Xalq artisti, professor Çingiz Axundov və Naxçıvan Dövlət Universitetinin müəllimi, Əməkdar artist Səməd Əsgərov olub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













