Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
Far.Az xəbər saytı

Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb


ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların futbol üzrə yığmasının dünya çempionatının ilk oyunundan bir gün əvvəl baş məşqçisi Maurisio Poçettinoya zəng edib.

"Report"un məlumatına görə, danışığın videosu ABŞ milli komandasının mətbuat xidməti tərəfindən "X" sosial media platformasında yayımlanıb.

"Demək istəyirəm ki, siz çox güclü insan və əla məşqçisiniz. Sizin nailiyyətlərinizi və necə əla oyunçularınızın olduğunu bilirəm. Düşünürəm ki, sonadək getmək üçün yaxşı şansımız var, sizə uğurlar arzulayıram", - Tramp deyib.

Poçettino Prezidentə dəstəyinə görə təşəkkür edib.

"Sizi və ölkənin hər sakinini qürurlandırmaq üçün əlimizdən gələni edəcəyik", - argentinalı məşqçi cavab verib.

Dünya Kubokunun evdə keçiriləcək ilk matçında ABŞ millisi Paraqvay yığması ilə qarşılaşacaq. Oyunun Bakı vaxtı ilə saat 5:00-da başlaması planlaşdırılır.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər