Biləsuvarda 64 yaşlı qadın dəfələrlə bıçaqlandı - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

Biləsuvarda 64 yaşlı qadın dəfələrlə bıçaqlandı - TƏFƏRRÜAT


Biləsuvar rayonunda cinayət hadisəsi baş verib. 64 yaşlı Məhbubə Mikayılovanın qonşusu, 23 yaşlı Xəyal Qubadlı tərəfindən bıçaqlandığı bildirilir.

Xəsarət alanın oğlu baş verənləri Baku TV-yə belə şərh edib: "Mən özüm şəhərdə işləyirəm. Anamla yoldaşım qalır. Oğlan pəncərədən girib. Görüb anam uzanıb. Deyib ki, sən məni gördün, səni öldürəcəyəm. 29 dənə bıçaq vurub anama".

Çoxsaylı xəsarətlər alan Məhbubə Mikayılova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, qadının müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Xəyal Qubadlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər