Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
Far.Az xəbər saytı

Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub


Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub.

"Report" paytaxt təmsilçisinə istinadən xəbər verir ki, son iş yeri Litvanın "Lietkabelis" klubu olan mütəxəssis idman menecmenti və skautinq sahəsində geniş biliyə sahibdir.

Basketbolda 15 ildən artıq təcrübəyə malik olan Qrabauskas son səkkiz il ərzində "Lietkabelis" klubunda çalışıb. Bu dövrdə klub Litvanın ən güclü komandaları arasında daim öz yerini qoruyaraq FIBA Çempionlar Liqası (BCL) və "EuroCup" kimi beynəlxalq turnirlərdə müntəzəm olaraq iştirak etmişdir.

Karyerasının əvvəlində dünya səviyyəli NBA və Avropa Liqası klublarında staj keçərək beynəlxalq təcrübəsini daha da genişləndirən Qrabauskas təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Sabah" BK kimi iddialı bir kluba qoşulmaqdan həqiqətən böyük həyəcan duyuram. Klubun vizyonuna və məqsədlərinə inanıram, davamlı inkişafına və uğuruna töhfə vermək üçün əlimdən gələni edəcəm. Birlikdə klubu və onun azarkeşlərini uğurla təmsil edən rəqabətli bir komanda qurmağa çalışacağıq".

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər