"Haber Global" Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti barədə xüsusi süjet hazırlayıb
"Beş il əvvəl Türkiyə və Azərbaycan münasibətlərində tarixi bir hadisə yaşandı. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev Şuşa Bəyannaməsini imzaladılar. Münasibətlərin yol xəritəsini müəyyən edən sənədlə iki ölkənin dostluğu bütün dünyaya elan edildi".
Far.Az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı videomaterialda qeyd olunub.
Bildirilib ki, Qarabağın incisi olan Şuşada imzalanan bu sənəd təkcə Türkiyə-Azərbaycan münasibətləri üçün deyil, həm də region və türk dünyası üçün çox vacibdir. Şuşa Bəyannaməsinə görə, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya sərhədlərinin toxunulmazlığına qarşı təhdid və ya hücum olarsa, o zaman hər iki ölkə birlikdə hərəkət edəcək. Süjetdə Şuşa Bəyannaməsinin 15 iyunda imzalanmasının tarixinə də xüsusi diqqət çəkilib və bu tarixin heç də təsadüfi olmadığı vurğulanıb. Qeyd olunub ki, 15 iyunda Azərbaycan həm də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi günə görə Milli Qurtuluş Gününü də qeyd edir.
"Məhz bu səbəbdən də bu hadisənin daşıdığı məna böyük və dərindir", - deyə süjetdə qeyd olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı növbəti xalçaların kəsim mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar













