Azərbaycandan tranzit keçməklə Ermənistana buğda tədarük edilib
Far.Az xəbər saytı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda tədarük edilib


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, yeddi vaqondan ibarət, çəkisi 490 ton olan buğda 15 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, yeddi min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyə qədər Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***10:55

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Oxşar xəbərlər

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndərilib - YENİLƏNİB
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB
Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə 557 ton tranzit yük göndərilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər