Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Sabirabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI
Far.Az xəbər saytı

Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Sabirabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI


Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini xüsusi amansızlıqla qətlə yetirməkdətəqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Əliyev 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Sabirabad rayonunun Moranlı kəndində baş verib. Kənd sakini Ə.Əliyev həmkəndlisi Rüstəm Əliyevlə Şirvan şəhərindəki şadlıq saraylarından birində spirtli içki qəbul edəndən sonra aralarında mübahisə baş verib. Mübahisə zamanı R.Əliyev Əlini söyüb və onu vurub.

Toydan evə qayıdan Əli Rüstəmdən qisas almaq məqsədilə onu öldürmək qərarı verib. O, Rüstəmin yaşadığı məhəlləyə gələrək onu çağırıb. Rüstəm küçəyə çıxdığı zaman Əli özü ilə gətirdiyi mətbəx bıçağı ilə onu kürək nahiyəsindən vurub. O, daha sonra Rüstəmə ard-arda bıçaq zərbələri endirib. Əli Rüstəmə qarın, ürək və baş nahiyələrindən ümumilikdə 33 bıçaq zərbəsi vurub, sonra isə başını kəsib.

Qətl hadisəsini törədən Əli Əliyev polisə təslim olub.

Məlumata görə, hadisədən bir müddət əvvəl Əli Əliyev məhkumluq həyatı yaşayıb və cəzaçəkmə müəssisəsindən yeni çıxıbmış.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər