ICD Mərkəzi Asiyanı Şərq və Qərb arasında gələcək əlaqələndirici həlqə adlandırıb
Mərkəzi Asiya yaxın illərdə Şərqlə Qərb arasında ən mühüm əlaqələndirici elementə çevriləcək.
"Far.Az" xəbər verir ki, bu barədə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) birbaşa investisiyalar departamentinin aparıcı eksperti Mostafa Məhəmməd Əl-İsgəndərani Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən Azərbaycanın investisiya perspektivlərinə həsr olunmuş forumda bildirib.
O vurğulayıb ki, region bunun üçün bütün zəruri şərtlərə – əhəmiyyətli təbii sərvətlərə, gənc və əmək qabiliyyətli işçi qüvvəsinə, eləcə də strateji cəhətdən əlverişli coğrafi mövqeyə malikdir.
"Geosiyasi transformasiyalar və dövlətlərin daxili bazarlara meylinin artması şəraitində enerji və ərzaq təhlükəsizliyi, eləcə də təchizat zəncirlərinin etibarlılığı məsələləri getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu da, öz növbəsində, Mərkəzi Asiya regionunda fəaliyyət göstərən inkişaf institutları üçün yeni perspektivlər yaradır. Yaxın beş il ərzində Mərkəzi Asiya Şərqlə Qərb arasında qlobal kommunikasiya sistemində əsas mövqe tutacaq", - Əl-İsgəndərani qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













