Qonşusunun həyətində girdi, sifətindən bıçaqlandı
Far.Az xəbər saytı

Qonşusunun həyətində girdi, sifətindən bıçaqlandı


Abşeronda kişi qonşusunu bıçaqlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsi, Bakıxanov küçəsində baş verib.

Qəsəbə sakini Heydər Qarayev (adlar şərtidir - red.) qonşusu Raminə onun həyətinə icazəsiz daxil olduğu üçün xəsarət yetirib.

Belə ki, Heydərin yaşadığı küçəyə gələn su xətti partlayıb. Qonşular xəttin bərpası üçün əraziyə toplaşıblar. Heydər də qonşusu Raminlə birlikdə həmin əraziyə gəlib və su xəttinin bərpasına başlayıb.

Bu zaman Ramin hansısa tikinti materialını gətirmək üçün evinə gedib. Həmin vaxt qonşular ona zəng edərək məhəllədəki ailələrə məlumat verməsini, hər kəsin həyətindəki su kranını açıq saxlamasını və bununla da xətdə suyun azalmasını təmin etmələrini istəyiblər.

Ramin öz evindəki su kranını açdıqdan sonra Heydərin həyətinə də girərək kranı açıb və hadisə yerinə qayıdıb. O, həm özünün, həm də Heydərin həyətindəki kranları açdığını bildirib. Bu isə Heydərin narazılığına səbəb olub.

Qəza aradan qaldırıldıqdan sonra qonşular, o cümlədən Ramin evlərinə gediblər.

Hadisədən təxminən bir saat sonra Heydər Raminin onun həyətinə icazəsiz daxil olduğunu bildirib və onu danışmaq üçün çağırıb. Ramin küçəyə çıxanda Heydər onu həyətinə dəvət edib.

Bu zaman Heydər qəfildən Raminin üz nahiyəsinə yumruqla zərbə endirib. Ramin yıxılıb və zərbənin təsirindən dişi sınıb. Bununla kifayətlənməyən Heydər cibindən bıçaq çıxararaq onun üz nahiyəsinə beş dəfə zərbə endirib və hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Heydər Qarayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin hökmü ilə H.Qarayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər