Dünya Bankı "Business Ready" hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlayır
Far.Az xəbər saytı

Dünya Bankı "Business Ready" hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlayır


Bu ilin sonundan etibarən, Dünya Bankının “Business Ready” hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlanacaq.

“Report” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, bu proses çərçivəsində sahibkarlara, ekspert qruplarına və dövlət orqanlarına bir sıra sorğular göndəriləcək: “Məqsədimiz ondan ibarətdir ki, bu sorğulara sahibkarlar və ictimaiyyət tərəfindən düzgün və hərtərəfli məlumatlar verilsin”.

Qeyd edək ki, Azərbaycan Dünya Bankının “Business Ready” hesabatına 2025-ci ildən daxil ediləcək. Bu hesabat dayandırılmış “Doing Business” hesabatını əvəz edəcək və ilk buraxılışında 54 iqtisadiyyatı əhatə edəcək. “Business Ready” hesabatı, şirkətlərin fəaliyyətinin başlanması, davam etdirilməsi, bağlanması və ya yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazar rəqabəti, mübahisələrin həlli və müflisləşmə.

Oxşar xəbərlər

Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Samirə Musayeva: "Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatında rəqəmsal yeniliklər tətbiq edilib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər