"Masdar" Azərbaycanı investisiyaların cəlb edilməsi üçün unikal istiqamət adlandırıb
Azərbaycan kapital qoyuluşu üçün unikal istiqamətdir.
"Far.Az" xəbər verir ki, bu barədə "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təşkil olunmuş ölkənin investisiya perspektivlərinə dair forumda çıxışı zamanı bildirib.
"Azərbaycan uzun müddətdir ki, yüksək sabitlik səviyyəsi nümayiş etdirir. Təbii olaraq, manat dayanıqlı mövqeyini qoruyub saxlayır. Hökumət təkcə yatırılan sərmayələrin qorunmasına deyil, həm də dividendlərin və əldə edilən mənfəətin repatriasiyası imkanına zəmanət verərək, bütün investorlar üçün olduqca şəffaf və aydın şəraiti təmin edir. Bütün bunlar Azərbaycanı investisiya qoyuluşu üçün unikal və mükəmməl bir istiqamətə çevirir. Bu, tamamilə aydındır: bir neçə il əvvəl BƏƏ hökuməti Azərbaycanı 2050-ci ilə qədər olan dövr üçün 50 əsas investisiya istiqaməti siyahısına daxil edib. Beləliklə, söhbət müəyyən institusional və tənzimləyici dəyişikliklərin məcmusundan gedir.
Şübhəsiz, burada çoxsaylı amillər mövcuddur, lakin istisnasız olaraq hər şey hökumətin öhdəliyindən başlayır. Biz Azərbaycanda məhz bunu müşahidə edirik", - M.Sadıxov vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













