Azərbaycanda vəzifəli şəxs CƏRİMƏLƏNDİ
"Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mərkəzi Nəbatat Bağı barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələblərin pozulması) tələblərinin pozulmasına dair protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, ötən il Mərkəzi Nəbatat Bağında iki nəfər - V.B. və Ə.Ə. xəsarət alıb. Hadisədən sonra aparılan yoxlamalar nəticəsində onların istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədiyi üzə çıxıb. Məhkəmənin qərarı ilə Əli Cəfərov İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub
İlham Əliyevdən MÜHÜM FƏRMAN - Azərbaycanda yeni AGENTLİK yaradıldı
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
-
Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişafı müzakirə edilib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?













