"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri bəlli oldu
Far.Az xəbər saytı

"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri bəlli oldu


"Neftçi"nin UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

Far.Az xəbər verir ki, "ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcəklər. Bakı klubu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Avropa arenasında ölkəmizi təmsil edəcək "Neftçi" və "Zirə" klublarının UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin adları bəlli olub.

Far.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq "Neftçi"ni olduqca maraqlı sınaqlar gözləyir. Paytaxt təmsilçisinin potensial rəqibləri sırasında "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa) və "Apollon" (Kipr) klubları yer alıblar. Bundan əlavə, komanda ilk təsnifat mərhələsində üz-üzə gələcək "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan) və ya "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlüklərindən birinin qalibi ilə də qarşılaşa bilər.

Turnirə I təsnifat mərhələsindən start verərək Gürcüstanın "Torpedo" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək "Zirə"nin isə növbəti raunda adlayacağı təqdirdə qarşılaşacağı komandaların siyahısı məlumdur. Təmsilçimizin bu mərhələdəki ehtimal olunan rəqibləri AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) klublarından biri və ya "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi olacaq.

Qeyd edək ki, qitəmiqyaslı turnirin - UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsi çərçivəsində baş tutacaq həlledici matçlar iyulun 23-də və 30-da oynanılacaq.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər