DÇ-2026: Portuqaliya - Konqo oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-4
Far.Az xəbər saytı

DÇ-2026: Portuqaliya - Konqo oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-4


Futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.

"Far.Az"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.

Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisində Kriştianu Ronaldu oyunun əvvəlindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ikinci hissə başlayıb.

"Far.Az"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında 1:1 hesablı heç-heçə davam edir.

Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ilk hissə bitib.

"Far.Az"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Konqonun heyətində 45+5-ci dəqiqədə Yoan Vissa "status-kvo"nu bərpa edərək komandasını fasiləyə bərabərliklə göndərib.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda hesab açılıb.

"Far.Az"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyunu başlayıb.

"Far.Az"un məlumatına görə, K qrupunun I turunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.

Oxşar xəbərlər

"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
DÇ-2026: Portuqaliya - Konqo oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər