İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Dövlət başçısı Azərbaycanın xarici borcları ilə bağlı müəyyən işlər gördüklərini, son illər ərzində nailiyyətlər əldə olunduğunu bildirib:
"Bu gün xarici borc Azərbaycan ÜDM-nin yalınız 6 %-ni təşkil edir. Biz yenidən vəsaitləri cəlb etməyə başlamışıq. Burada ilk maliyyə təsisatlarından biri İslam İnkişaf Bankı Qrupu idi. Çünki bizim həmin təsisatla çox güclü əlaqələrimiz var, müştərək tariximiz mövcuddur. Biz yekun nəticədə qeyri-neft sektoruna əlavə dəyər verəcəyik".
İlham Əliyev həmçinin vurğulayıb ki, xarici borcun səviyyəsinin aşağı olması üstünlükdür:
"Biz daha çox bununla bağlı vəsaitlər cəlb edə bilərik. Lakin ehtiyatlı olmalıyıq. Bizim xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Düşünürəm ki, bu baxımdan Azərbaycan aparıcı ölkələr sırasındadır, sabit maliyyə vəziyyəti var, tarazlaşmış büdcəsi mövcuddur. Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb













