AzMİ: Azərbaycanda dəqiq vaxt ötürülməsi sisteminə dövlət qurumlarının marağı azdır
Azərbaycanda dəqiq vaxtın ötürülməsi üçün texniki imkanlar yaradılsa da, dövlət qurumlarının bu sistemə qoşulmasına maraq aşağıdır.
Bunu "Far.Az"a Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) labaratoriya müdiri Şamxal Abbasov qurumda təşkil olunan mediatur çərçivəsində deyib.
Onun sözlərinə görə, hazırda əhalinin böyük hissəsi vaxt məlumatını mobil telefonlar vasitəsilə əldə edir və telefonlar internet üzərindən beynəlxalq vaxt serverləri ilə sinxronlaşaraq saatlarını avtomatik tənzimləyir: "Ölkədə dəqiq vaxtın dövlət qurumlarına və digər istifadəçilərə ötürülməsi üçün imkanlar mövcuddur, lakin bu xidmətdən istifadə edənlərin sayı çox deyil. Dəqiq vaxtı bütün əsas dövlət qurumlarına təqdim etməyə hazırıq. Təəssüf ki, bu xidmətə qoşulmaq istəyən qurumların sayı hələ də azdır".
Ş. Abbasov qeyd edib ki, son dövrlərdə vaxt ölçmələri sahəsində yeni imkanlar yaradılıb və ölçmə infrastrukturu genişləndirilib: "Bununla belə, bu imkanlardan daha geniş istifadə olunması üçün dövlət qurumlarının prosesə fəal qoşulmasına ehtiyac var".
Oxşar xəbərlər
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb













