Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyalarında 440 nəfər saxlanılıb
Far.Az xəbər saytı

Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyalarında 440 nəfər saxlanılıb


Fransa polisi yuxarı sinif şagirdlərinin məktəblərin qarşısında keçirdikləri etiraz aksiyaları zamanı 440 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes "BFMTV"nin efirində bildirib.

"Ölkə ərazisində 440 nəfər saxlanılıb", - qurum rəhbəri bildirib.

Nünyesin sözlərinə görə, saxlanılanların təxminən üçdə ikisi həbs edilib. Saxlanılmaların əksəriyyəti əmlaka zərər vurulması və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarla bağlıdır. Saxlanılanlardan çoxui yetkinlik yaşına çatmayanlardır.

Nünyes həmçinin bildirib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 48 əməkdaşı xəsarət alıb.

Oxşar xəbərlər

İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər